İrandan Azərbaycan sərhədi ilə Rusiya, Çin, Pakistan, Tacikistan vətəndaşları təxliyə olunub - FOTO

Tarix: 02 Mar 2026 14:06

Azərbaycan sərhədi ilə İrandan təxliyə prosesi davam edir.

APA-nın cənub bürosunun xəbərinə görə, hazırda Astara Sərhəd Gömrük keçid məntəqəsindən Rusiya Federasiyası vətəndaşlarının keçidi başlayıb.

Müvafiq prosedurdan sonra 15-ə yaxın Rusiya vətəndaşı SGK məntəqəsindən təxliyə olunub.

Bundan başqa, səhər saat 10-dan sonra 10 Azərbaycan, 5 Çin, 4 Tacikistan və 20-yə yaxın Pakistan vətəndaşının təxliyəsi həyata keçirilib.

İlkin Rzayev İran Azərbaycan sərhədi Rusiya Çin Pakistan Tacikistan təxliyə

Xəbər Lenti