Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 21:01
Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.
APA xəbər verir ki, bu barədə Yaponiya səfirliyi məlumat yayıb.
Səfirlik bu gün yaydığı məlumata düzəliş edib. Belə ki, bir qədər əvvəl Səfirliyin Konsulluq şöbəsinin qeyri-müəyyən müddətə bağlanılması qeyd edilib.
"Lakin düzgün məlumat ondan ibarətdir ki, bağlanma yalnız bu gün və sabah (2 mart və 3 mart) tarixlərini əhatə edən müvəqqəti bağlanmadır", - açıqlamada deyilir.
*** Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
APA xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb. Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.
Beləliklə, məhdudiyyət yalnız iki günü əhatə edən müvəqqəti xarakter daşıyır.
*** 12:50 Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, “regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb”.
Eyni zamanda, viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb.
Toğrul Quluzadə Yaponiya Azərbaycan səfirlik
