İrandan Azərbaycan sərhədi ilə xarici vətəndaşların təxliyəsi davam edir - FOTO - YENİLƏNİB 2

Tarix: 02 Mar 2026 21:59

Axşam saatlarında da Astara SGK məntəqəsindən Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşların təxliyəsi davam edir.

APA-nın cənub bürosunun xəbərinə görə, 21:00-dan bu saata kimi 11 Rusiya Federasiyası, 15 Çin, 2 Tacikistan və 7 Azərbaycan vətəndaşı Astara SGK məntəqəsindən keçidi təmin olunub.

Təxliyə prosesi davam edir.

***

19:02

Bu gün saat 17:00-dan 19:00-dək Astara sərhəd gömrük-keçid məntəqəsindən 100-dən çox əcnəbi təxliyə olunub.

APA-nın cənub bürosunun xəbərinə görə, təxliyə olunanlar arasında Rusiya Federasiyası, Çin və Pakistan vətəndaşları üstünlük təşkil edir.

70-dən yuxarı Rusiya vətəndaşı Azərbaycandan keçməklə ölkələrinə yola salınıb.

Təxliyə prosesi davam edir.

***

14:06

Azərbaycan sərhədi ilə İrandan təxliyə prosesi davam edir.

APA-nın cənub bürosunun xəbərinə görə, hazırda Astara sərhəd gömrük keçid məntəqəsindən Rusiya Federasiyası vətəndaşlarının keçidi başlayıb.

Müvafiq prosedurdan sonra 15-ə yaxın Rusiya vətəndaşı SGK məntəqəsindən təxliyə olunub.

Bundan başqa, səhər saat 10-dan sonra 10 Azərbaycan, 5 Çin, 4 Tacikistan və 20-yə yaxın Pakistan vətəndaşının təxliyəsi həyata keçirilib.

İlkin Rzayev İran Azərbaycan sərhədi Rusiya Çin Pakistan Tacikistan təxliyə

Xəbər Lenti