Serbiyanın İrandakı səfiri və nümayəndələri Astara SGK məntəqəsindən təxliyə olunub

Tarix: 03 Mar 2026 00:25

ABŞ və İsrailin İrana zərbə endirməsi nəticəsində Serbiya Respublikasının İrandakı səfirliyi də bombardmana məruz qalıb.

APA xəbər verir ki, səfirlik nümayəndələri təxliyə olunmaq üçün Azərbaycanın aidiyyəti qurumlarına müraciət ediblər.

Azərbaycan tərəfinin Serbiya Respublikası ilə dostluq münasibətləri əsasında müraciətə müsbət cavab verilib.

Nəticədə bu gün gecə saatlarında səfir Damir Kovacevic, səfirlik nümayəndələri ailə üzvləri ilə birlikdə Astara SGK məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olub və ölkələrinə yola salınıb.

Buna görə səfir Damir Kovacevic Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib.

İlkin Rzayev

Xəbər Lenti