Gürcü vitse-spiker: Azərbaycanla məsləhətləşmələr xüsusi əhəmiyyət kəsb edir

Tarix: 03 Mar 2026 11:41

Cənubi Qafqaz ölkələri bölgədə sabitliyin qorunması üçün mütləq bir-birinə doğru müsbət addımlar atmalı və səylərini birləşdirməlidirlər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski deyib.

O bildirib ki, Gürcüstan üçün Azərbaycan və Ermənistanla məsləhətləşmələr xüsusi əhəmiyyət kəsb edir.

Vitse-spiker qeyd edib ki, region ölkələri iqtisadi artım templərini də qoruyub saxlamalıdırlar.

"İqtisadi inkişaf və sərmayələrin dayanmaması üçün sabitliyin qorunub saxlanılması xüsusilə vacibdir", - Volski əlavə edib.

Cəmilə Babayeva Gürcüstan Azərbaycan Ermənistan gürcü vitse-spiker Cənubi Qafqaz

Xəbər Lenti