Prezident İlham Əliyev: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik

Tarix: 03 Mar 2026 14:43

Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.

“Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi enerji

Xəbər Lenti