Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 16:57
İrandan Azərbaycan sərhədi ilə xarici vətəndaşların təxliyəsi davam edir.
APA-nın cənub bürosu xəbər verir ki, Astara Sərhəd Gömrük-keçid məntəqəsindən təxliyə olunanlar arasında Oman və Meksika vətəndaşları da var. Bu gün 32 nəfər Oman, 3 nəfər Meksika vətəndaşı təxliyə edilib.
Ümumilkdə son iki saat ərzində “Astara” Dövlət sərhədindən buraxılış məntəqəsindən 58 nəfərin təxliyəsi həyata keçirilib. Təxliyə olunanlardan 19 nəfəri Azərbaycan, 3 nəfəri Çin, 2 nəfər Pakistan, 4 nəfər İsveçrə vətəndaşlarıdır.
Təxliyə prosesi davam edir.
İlkin Rzayev İran sərhəd təxliyə


