İsrail İranın yeni Ali Rəhbərini seçməyə hazırlaşan qurumun binasına zərbə endirib - YENİLƏNİB

Tarix: 03 Mar 2026 18:40

İsrail Hərbi Hava Qüvvələri İranın Qum şəhərində yüksək rütbəli ruhanilərin İranın yeni Ali Rəhbərini seçmək üçün toplandığı binaya zərbə endirib.

APA İsrail mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrindəki mənbə təsdiqləyib.

Məlumata görə, Ekspertlər Məclisinin 88 üzvü var, lakin onlardan neçəsinin binada olduğu bəlli deyil.

***

18:12

İsrail və ABŞ İranın yeni Ali Rəhbəri seçməyə hazırlaşan Ekspertlər Məclisinin Qumdakı binasına aviazərbə endirib.

APA xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Hələlik tələfatla bağlı məlumat verilməyib.

Qeyd edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei şənbə günü ABŞ və İsrailin zərbələri nəticəsində öldürülüb.

İran Qum ekspertlər məclisi

Xəbər Lenti