Husilərin hücumlarına görə Səudiyyə Ərəbistanında beynəlxalq forum təxirə salına bilər

Husilərin hücumlarına görə Səudiyyə Ərəbistanında beynəlxalq forum təxirə salına bilər

Tarix: 19 Oct 2026 22:38

Səudiyyə Ərəbistanı Yəməndəki husilərin hücumları fonunda Ər-Riyadda keçirilməsi planlaşdırılan “Gələcək İnvestisiya Təşəbbüsü” (Future Investment Initiative) forumunu təxirə sala bilər.

“Financial Times” nəşrinin mənbələrə istinadən məlumatına görə, “Səhranın Davosu” kimi tanınan beynəlxalq biznes forumunun gələn həftə əvvəlcədən nəzərdə tutulduğu kimi əyani formatda keçirilməsi gözlənilmir.

Hazırda təşkilatçılar tədbirin planlaşdırılmış tarixlərdə videokonfrans formatında keçirilməsi və ya başqa vaxta təxirə salınması variantlarını müzakirə edirlər.

Məlumata görə, qərar husilərin son günlər Səudiyyə Ərəbistanının neft obyektlərinə, hava limanlarına və hərbi infrastruktura hücum etdikləri barədə açıqlamalarından sonra gündəmə gəlib.

Forumun yeni tarixi və ya formatı ilə bağlı yekun qərar barədə məlumat verilməyib.

Səudiyyə Ərəbistanı Ər-Riyad husilər Future Investment Initiative investisiya forumu Səhranın Davosu təhlükəsizlik

Mənbə: apa.az

Xəbər Lenti