Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 18:54
Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi xəstəliyi təsdiqlənib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı Botkin Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, daha əvvəl xəstəxanaya yerləşdirilən beş nəfərdə meymunçiçəyi xəstəliyi təsdiqlənib.
"Bütün xəstələrin vəziyyəti stabildir, yüngül və orta dərəcəli simptomlar müşahidə olunur", - xəstəxanadan bildirilib.
Qeyd edək ki, meymunçiçəyi nadir yoluxucu xəstəlikdir, daha çox Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində yayılıb.
Fərid Əkbərov meymunçiçəyi xəstəliyiMənbə: apa.az