Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib

Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib

Tarix: 19 Oct 2026 18:33

Ukrayna Müdafiə Qüvvələri oktyabrın 18-də və 19-na keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı “Telegram”da məlumat yayıb.

Bildirilib ki, Bryansk vilayətinin Trubçevsk rayonunda Rusiyaya məxsus radiolokasiya stansiyası vurulub.

Məlumata görə, Xarkov vilayətinin Liman Pervıy yaşayış məntəqəsi ərazisində Rusiya ordusunun artilleriya atəş mövqeyi və PUA heyətinin mövqeyi də vurulub.

Donetsk vilayətində sursat və maddi-texniki təminat anbarına, həmçinin Rusiya hərbçilərinin canlı qüvvəsinin cəmləşdiyi mövqelərinə zərbələr endirildiyi qeyd olunub.

İlqar Xudiyev Ukrayna Rusiya Donetsk Xarkov Bryansk

Mənbə: apa.az

Xəbər Lenti