Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 20:41
İran Prezidenti Məsud Pezeşkian Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, görüş oktyabrın 19-da Tehranda baş tutub.
Tərəflər İran və Rusiya arasında ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq gündəmdəki son prosesləri müzakirə ediblər.
Görüş zamanı Tehran və Moskva arasında əməkdaşlığın daha da gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Haşim Rahimi İran Rusiya Məsud Pezeşkian Sergey Lavrov Tehran Moskva ikitərəfli münasibətlər regional əməkdaşlıq
Mənbə: apa.az