Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 18:00
İrandakı Buşehr Atom Elektrik Stansiyasında işlər dayandırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə “Rosatom” rəhbəri Aleksey Lixaçev bildirib.
Onun sözlərinə görə, 639 rusiyalı əməkdaş hələ də Buşehr AES-dədir.
“Rosatom “rəhbəri qeyd edib ki, stansiya üçün təhlükə qalmaqdadır və hərbi münaqişə şiddətləndikcə, bu təhlükə artır: “İranın nüvə sənayesi rəhbərliyi ilə əlaqə kəsilib və İranın nüvə obyektlərinin statusu barədə hələ də heç bir məlumat yoxdur. İranın nüvə obyektlərinə məqsədyönlü zərbələr nəzarətdən çıxır. Biz israr edirik ki, bu nüvə obyektlərinin təhlükəsizliyi prioritet olmalıdır”.
Fərid Əkbərov İran Buşehr Atom Elektrik Stansiyası “Rosatom” Aleksey Lixaçev