ABŞ Livandakı səfirliyini müvəqqəti bağlayıb

Tarix: 03 Mar 2026 21:30

ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb.

APA xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” platformasında yayılan bəyanatında bildirilib.

“Mövcud regional gərginliklə əlaqədar olaraq ABŞ-ın Beyrutdakı səfirliyi növbəti bildirişədək bağlanacaq”, – deyə açıqlamada qeyd olunub.

Bəyanata əsasən, planlaşdırılmış və təcili konsulluq qəbulları da ləğv edilib.

Xəbər Lenti