Natanz nüvə obyektində radiasiya sızması qeydə alınmayıb

Tarix: 03 Mar 2026 21:49

İranın Natanz şəhərində yerləşən nüvə obyektində radioaktiv maddələrin sızması qeydə alınmayıb.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, obyektə yaxın ərazilərdə yaşayan əhali üçün hər hansı təhlükə yoxdur. Radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyət sabitdir və tam nəzarət altındadır.

Xəbər Lenti