Çərşənbə, 4 Mart, 2026
Tarix: 03 Mar 2026 23:03
Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi Lənkəranda eniş edib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlum təyyarənin İrandan Azərbaycana keçən Rusiya Federasiyası vətəndaşlarını Rusiyaya aparmaq üçün Lənkarana eniş etdiyi bildirilib.
Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hücumu də ilə yüzlərlə Rusiya vətəndaşının Astara sərhəd keçid məntəqəsindən Azərbaycana keçidi təmin olunub.
Fərid Əkbərov