Tramp: ABŞ Fars körfəzi üzrə dəniz ticarətinin sığortalanmasını öz üzərinə götürür

Tarix: 04 Mar 2026 00:40

ABŞ Fars körfəzi regionunda həyata keçirilən dəniz ticarətinin sığortalanmasını təmin edəcək. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasına tapşırıq verilib ki, Fars körfəzi vasitəsilə həyata keçirilən bütün dəniz ticarəti, xüsusilə enerji daşıyıcılarının daşınması üçün münasib qiymətlərlə siyasi risk sığortası və maliyyə təhlükəsizliyi zəmanətləri təqdim etsin.

Xəbər Lenti