Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 00:04
İran İslam Respublikasında yaşayan və müxtəlif sahələrdə çalışan 126 Rusiya Federasiyası vətəndaşı Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə təxliyə olunub.
APA xəbər verir ki, Rusiya vətəndaşları onlar üçün ayrılmış avtobuslarla Lənkəran Beynəlxalq Hava Limanına aparılıb.
Hazırda Rusiya FHN-ə məxsus İL-76 təyyarəsi Lənkəran hava limanında yerləşir.
Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hücumlarından sonra yüzlərlə Rusiya vətəndaşının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçidi təmin olunub.
*** 23:03 Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi Lənkəranda eniş edib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlum təyyarənin İrandan Azərbaycana keçən Rusiya Federasiyası vətəndaşlarını Rusiyaya aparmaq üçün Lənkarana eniş etdiyi bildirilib.
Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hücumu də ilə yüzlərlə Rusiya vətəndaşının Astara sərhəd keçid məntəqəsindən Azərbaycana keçidi təmin olunub.
Fərid Əkbərov











