Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 00:57
ABŞ Prezidenti Donald Tramp İran millisinin 2026-cı il futbol üzrə dünya çempionatında iştirak edib-etməməsinin onun üçün əhəmiyyət kəsb etmədiyini bildirib.
APA xəbər verir ki, o, bu barədə "Politico" qəzetinə müsahibəsində danışıb.
“Məni doğrudan da maraqlandırmır”, – deyə Tramp qeyd edib. ABŞ lideri əlavə edib ki, İranın ciddi məğlubiyyətlə üzləşdiyini və zəiflədiyini düşünür.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. G qrupunda Belçika, Misir, İran və Yeni Zelandiya yığmaları mübarizə aparmalıdır.