Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 09:19
Gəncədə qəza olub, bir nəfər ölüb.
APA xəbər verir ki, 1961-ci il təvəllüdlü Nəriman Hacıyev idarə etdiyi “VAZ-21150” markalı avtomobillə hərəkətdə olarkən avtomobilin sağ arxa təkəri dəmir yolu xəttinə dəyib.
Hadisə nəticəsində sürücü idarəetməni itirərək qəza törədib. Nəriman Hacıyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Emin Şirvanzadə Gəncə qəza