Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 11:40
Xəzərdə köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib.
APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında dəniz sərhədlərinin etibarlı mühafizəsi, üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirləri uğurla həyata keçirilir. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.
Köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşları balıqçı xilasetmə Dövlət Sərhəd Xidməti


