Qars bələdiyyə sədri: Türkiyə və Ermənistan sərhədində təmir bərpa işləri aparılır

Tarix: 04 Mar 2026 20:29

Türkiyə və Ermənistan sərhədində təmir bərpa işləri aparılır.

Bu barədə APA-nın Türkiyə bürosuna müsahibəsində Türkiyənin Qars vilayətinin bələdiyyə sədri Ötüken Senger məlumat verib.

Bələdiyyə sədri Zəngəzur dəhlizinin Qarsdan keçən ərazisində işlərin sürətlə davam etdiyini bildirib.

“Zəngəzur dəhlizinin açılması istiqamətində dəmiryolu xətlərinin tikintisi üzrə ərazilərimizdə işlər davam etdirilir. Hazırda İğdırdan Qarsa doğru dəmiryolu xəttinin bərpası işləri aparılır və sərhəd bölgəsində hazırlıq tədbirləri görülür.

Zəngəzur dəhlizi açıldıqdan sonra Qarsın regiondakı əhəmiyyəti daha da artacaq və Türkiyənin Orta Asiyaya çıxış qapısı kimi strateji rolu daha da güclənəcək. Lakin Ermənistan sərhədimizin açılması məsələsində Azərbaycanın mövqeyi bizim üçün vacibdir”, - Senger qeyd edib.

Dəryanur Cəfərova

Xəbər Lenti