Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 21:11
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oxşar hadisələrin bir daha baş verməməsi üçün İrana xəbərdarlıq edildiyini bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan regionda baş verən hadisələrə qarşı Türkiyənin lazımi tədbirləri gördüyünü deyib.
“Regionumuzun üzləşdiyi bu çətin günlərdə sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyi məsələsində işi əsla şansa buraxmırıq. Bu səhər baş verən hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə birlikdə zəruri tədbirləri görürük və dərhal lazımi müdaxiləni edirik. Oxşar hadisələrin bir daha təkrarlanmaması üçün xəbərdarlıqlarımızı da ən aydın və qəti şəkildə çatdırırıq.
Allaha şükürlər olsun ki, ölkəmizin və xalqımızın təhlükəsizliyinin təmin olunması istiqamətində iradəmiz və imkanlarımız ən yüksək səviyyədədir. Son 23 ildə bütün maneələrə baxmayaraq, bu qətiyyətimizdən əsla geri çəkilməmişik”, – Ərdoğan deyib.
Dəryanur Cəfərova