Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Feb 2024 23:53
Futbol üzrə Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
APA xəbər verir ki, istanbullular Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edib.
Qarşılaşma Türkiyə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü fevralın 22-də olacaq.
Qollar: Kerem Demirbay 19, Angelo Presiado 47, Ladislav Kreyci 61, Yan Kuçta 65, Ladislav Kreyci (avtoqol) 90+1.