Cümə axşamı, 5 Mart, 2026
Tarix: 04 Mar 2026 22:19
Son 24 saat ərzində İsrailin Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 20 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Son 24 saat ərzində itkilərin ümumi sayı 52-dən 72-yə, yaralıların sayı isə 154-dən 437-yə yüksəlib", - məlumatda deyilir.
Hərbi əməliyyatlar nəticəsində evlərindən didərgin düşən insanların sayı isə artıq 83 minə çatıb.