Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub

Tarix: 16 Feb 2024 01:19

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alan var.

APA xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında qeydə alınıb.

2004-cü il təvəllüdlü Sənan Haqverdiyev yolu keçərkən minik avtomobilinin zərbəsinə tuş gəlib.

Onun sol ayaq sümüyü sınıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Mənbə: apa.az

Xəbər Lenti