Tramp 7 martda bir neçə Latın Amerikası ölkəsinin liderini qəbul edəcək

Tarix: 05 Mar 2026 00:34

Bir neçə Latın Amerikası ölkəsinin lideri şənbə günü ABŞ prezidenti Donald Trampla görüşmək üçün Mayamiyə gələcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

"Prezident şənbə günü Florida ştatının Mayami şəhərində Qərb yarımkürəmizdəki 12 ölkənin dövlət başçısını qəbul edəcək. Bu yeni Latın Amerikası sammitinin məqsədi bölgəmizdə azadlığı, təhlükəsizliyi və rifahı təşviq etməkdir. Görüşdə Argentina, Boliviya, Çili, Kosta-Rika, Dominikan Respublikası, Ekvador, El Salvador, Honduras, Panama, Paraqvay, Trinidad və Tobaqo və bəlkə də digər ölkə liderləri iştirak edəcəklər", - o deyib.

Xəbər Lenti