Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 00:00
İraqdakı ABŞ səfirliyi bütün amerikalıları ölkəni tərk etməyə və ya mümkün qədər tez bir zamanda sığınacaq tapmağa çağırıb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfirliyinin “X” hesabında məlumat verilib.
"İraqdakı ABŞ vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə və ya təhlükəsiz şərait yaranana qədər sığınacaq tapmağa çağırırıq", - məlumatda deyilir.
Səfirlik həmçinin vətəndaşları qida, su, dərman və digər zəruri şeylərlə bağlı ehtiyat tədbiri görməyə çağırıb.