CENTCOM: ABŞ qüvvələri hər saat İranın hava məkanına zərbələrin miqyasını genişləndirir

Tarix: 05 Mar 2026 01:31

ABŞ Mərkəzi Komandanlığı İran hökumətinin saxta xəbərlərlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə ABŞ qüvvələrinin geri çəkilməsi, İranın ABŞ esminesini batırması, SEPAH-ın ABŞ qırıcı təyyarəsini vurması və İranın 100 ABŞ dəniz piyadasını öldürməsi ilə bağlı xəbərləri tamamilə həqiqəti əks etdirmir.

CENTCOM-un yaydığı məlumata görə, ABŞ ordusu İran hava məkanına saatbasaat zərbələr endirir.

ABŞ qüvvələrinin havadan, qurudan və dənizdən böyük atəş gücü ilə 20-dən çox İran gəmisini batırdığı bildirilir.

Komandanlıq bildirir ki, dörd gün ərzində ABŞ qüvvələri İranın dron atışlarını 73%, ballistik raket atışlarını isə 86% azaldıb.

Xəbər Lenti