Paşinyan: Qətər və Küveyt Ermənistanın dəmir yolunun idarəçiliyinə maraq göstərir

Tarix: 05 Mar 2026 14:16

Qətər və Küveyt Ermənistanın dəmir yolunun idarəsini öz üzərlərinə götürməyə hazır olduqlarını bildirib.

APA xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məsələ müxtəlif tərəfdaşlarla müzakirə oluna bilər, lakin idarəetmə yalnız Ermənistanla və Rusiya ilə yaxşı münasibətləri olan bir ölkəyə verilə bilər.

“Biz rusiyalı tərəfdaşlarımızla danışmaq istəyirik, razılığa getmək lazımdır, ünsiyyət qurmalıyıq. Müqaviləni pozmaq həmişə pisdir və bizim dövlətlərarası, eləcə də şəxsi münasibətlərimiz bizə bu yolu getməyə imkan vermir, əksinə onlar sakit və dostca bir mühitdə müzakirə aparmağa kömək edir”, – Ermənistanın Baş naziri qeyd edib.

İlqar Xudiyev Paşinyan Rusiya Ermənistanın dəmir yolu

Xəbər Lenti