Şamaxıda Qəbələ sakininin üzərinə avtomobil aşıb

Tarix: 05 Mar 2026 20:00

Şamaxıda Qəbələ sakininin üzərinə avtomobil aşıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Belə ki, Qəbələ sakini 1982-ci il təvəllüdlü Cəmşid Səlimov avtomobilini təmir edən zaman nəqliyyat vasitəsi onun üzərinə aşıb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti stabildir.

İlham Əhmədov

Xəbər Lenti