Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 16 Feb 2024 23:03
Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Cənub bürosunun verdiyi məluma görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
N. Ağayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə hərəkətdə olarkən 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlını sürücü özü rayon xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az