, 8 Mart, 2026
Tarix: 08 Mar 2026 00:44
Gecə saatlarında Astara dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam edir.
APA xəbər verir ki, bu dəqiqələrdə 13 nəfər Almaniya və 6 nəfər İspaniya diplomatik nümayəndəsi İran ərazisindən Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Bundan əlavə, 3 nəfər Azərbaycan, 3 nəfər Nigeriya, 2 nəfər İran və 1 nəfər Banqladeş vətəndaşının da təhlükəsiz şəkildə Azərbaycan tərəfinə keçidi təmin edilib.
İlkin Rzayev
