Şənbə, 18 Aprel, 2026
Tarix: 09 Mar 2026 18:07
Gəncədən dərmandan zəhərlənən 38 yaşlı kişi ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü M. Q-ın yaşadığı evdən meyit tapılıb.
Onun hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil, meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Gəncə dərman zəhərlənmə