Çərşənbə axşamı, 10 Mart, 2026
Tarix: 10 Mar 2026 10:26
Bu ilin yanvar ayında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 faizini inşa, yenidənqurma və bərpa, 10,9 faizini əsaslı təmir, 7,9 faizini cari təmir, 5,5 faizini isə sair tikinti işləri təşkil edib.
"APA-Economics" bu barədə Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, ümumi inşaat işlərinin 93,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
İlahə Səlimova Bakı inşaat tikinti