Çərşənbə axşamı, 10 Mart, 2026
Tarix: 10 Mar 2026 10:21
10-13 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
Emin Şirvanzadə MN Ağdərə Pirkəşkül sursat