Avstraliya Yaxın Şərqdəki bəzi səfirliklərini bağlayıb

Tarix: 11 Mar 2026 12:21

Avstraliya Yaxın Şərqdə bəzi səfirliklərini bağlayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Peni Vonq bu gün parlamentdə bildirib.

Nazir qeyd edib ki, Avstraliyanın səfirlik və konsulluqlarının yerləşdiyi ən azı 9 şəhər raket və PUA hücumlarına məruz qalıb. O deyib ki, İranın qarşılıqlı hücumları miqyas və dərinlik baxımından əvvəlki dövrlərdə müqayisədə görülməmiş səviyyədədir.

Nazir əlavə edib ki, münaqişə yaxın müddətdə daha da gərginləşə bilər. Bu səbəbdən Əbu-Dabi, Dubay və Təl-Əvivdəki diplomatik missiyalar bağlanıb.

Avstraliya, həmçinin BƏƏ və İsraildəki diplomatların ailə üzvlərinə ölkəni tərk etməyi tövsiyə edib. Vonq qeyd edib ki, İranın təhlükəli və sabitliyi pozan hücumları mülki həyat, o cümlədən Avstraliya vətəndaşlarının həyatını risk altına qoyur və Avstraliya təsir görmüş vətəndaşlara dəstəyini davam etdirir.

Bildirilir ki, indiyədək 23 kommersiya reysi ilə 3 200-dən çox avstraliyalı Yaxın Şərqdən geri dönüb.

İlqar Xudiyev Avstraliya Yaxın Şərqdə səfirliklərin bağlanması vətəndaşların təxliyyəsi

Xəbər Lenti