XIII Qlobal Bakı Forumuna həsr olunmuş brifinq keçirilib - FOTO

Tarix: 11 Mar 2026 16:31

XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 12-14 martda keçiriləcək XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı təşkil olunub.

Mətbuat konfransında Mərkəzin həmsədrləri və idarə heyətinin üzvləri iştirak edərək, Forumun əsas mövzuları, proqramı və gözlənilən nəticələri barədə media nümayəndələrinə ətraflı məlumat veriblər.

Mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmayıl Seragəldin, eləcə də Mərkəzin idarə heyətinin üzvləri iştirak ediblər.

Mətbuat konfransı çərçivəsində idarə heyətinin üzvləri XIII Qlobal Bakı Forumunun gündəliyində yer alan əsas məsələlər, qlobal gündəmin prioritet mövzuları barədə fikirlərini bölüşüblər.

Toğrul Quluzadə XIII Qlobal Bakı Forumu

Xəbər Lenti