İsveçrənin İrandakı səfiri 6 nəfərlik heyətlə Azərbaycana təxliyə olunub: Fəaliyyətimizi Bakıda davam etdirmək istəyirik - FOTO

Tarix: 11 Mar 2026 15:44

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir qədər əvvəl İsveçrənin İrandakı səfiri 6 nəfərlik heyətlə Azərbaycan sərhədi ilə təxliyə olunub.

Səfir Olivier Bangerter bildirib ki, fəaliyyətlərini Bakıda davam etdirmək istəyirlər:

"Azərbaycan çox gözəl və sakit ölkədir. Burada olmağımıza şadam. Bizə yaradılan şəraitə görə təşəkkür edirəm. Buradan Bakıya gedəcəyik. Çox istəyərdim fəaliyyətimizi Bakıda davam etdirək. Amma buna dövlət özü qərar verəcək".

İlkin Rzayev İsveçrə İran sərhəd təxliyə

Xəbər Lenti