Cümə, 13 Mart, 2026
Tarix: 11 Mar 2026 17:31
Azərbaycanın regiondakı rolu bu gün hər zamankından daha önəmlidir.
APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
“Avropa İttifaqı Azərbaycanın sülh, sabit, bir-birinə bağlı və firavan Cənubi Qafqaz yaratmaq məqsədini bölüşür. Ermənistanla sülh prosesində əldə olunan irəliləyiş tarixi əhəmiyyət daşıyır. Vaşinqton razılaşmaları dialoq və barışığa sadiqliyinizi göstərir və Avropa İttifaqı onların tam həyata keçirilməsini dəstəkləyir. Biz bilirik ki, əsl sülh yalnız kağız üzərində imzalanan siyasi razılaşmalarla qurulmur. Sizin də qeyd etdiyiniz kimi, sülh insanların gündəlik həyatı, iqtisadi əlaqələr, ticarət və ortaq rifah üzərində qurulur. İqtisadi qarşılıqlı asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə aparan ən etibarlı yoldur və Avropa İttifaqı bu imkanların hamının xeyrinə reallaşdırılmasına kömək etməyə hazırdır. Azərbaycanın regiondakı rolu bu gün hər zamankından daha önəmlidir”, - Antonio Koşta qeyd edib.
Ramiz Mikayıloğlu