Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 09:43
Biz XIII Qlobal Bakı Forumuna həm də İranla bağlı məsələni böyük maraq və həyəcanla müzakirə etmək üçün toplaşmışıq.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili bildirib.
“Forumda xüsusi təcrübəyə malik xüsusi insanlar bir araya gəlib. Belə gərgin dövrlərdə bir-birimizlə görüşmək, regionun gələcəyini və dünyada baş verən bütün siyasi prosesləri müzakirə etmək imkanı yaratdığı üçün Nizami Gəncəvi Mərkəzinə təşəkkür edirik”, - deyə Gürcüstanın sabiq Prezidenti vurğulayıb.
Ramiz Mikayıloğlu Gürcüstan Giorgi Marqvelaşvili XIII Bakı Qlobal Forumu İran