Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 09:11
Azərbaycan və Ermənistan arasında sülh, münasibətlər həm Gürcüstan, həm də bütövlükdə region üçün çox vacibdir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze bildirib.
“Buna görə də Azərbaycan və Ermənistan arasında münasibətlərin artıq başqa səviyyəyə yüksəlməsini məmnuniyyətlə qarşılayıram. Arzu edirəm ki, bu münasibətlər sabit və sülh şəraitində inkişaf etsin. Bu, yalnız Azərbaycana və Ermənistana deyil, həm də Gürcüstana və ümumilikdə bütün regiona böyük fayda gətirə bilər”, - deyə Gürcüstan parlamentinin keçmiş sədri vurğulayıb.
Ramiz Mikayıloğlu Azərbaycan Gürcüstan Ermənistan sülh