Prezident: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək

Tarix: 12 Mar 2026 10:34

Azərbaycan etibarlı neft təchizatçısı kimi qlobal enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Azərbaycan enerji sektorunun bütün istiqamətlərində istehsal və ixrac həyata keçirir – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi. Biz xüsusilə təbii qaz və elektrik enerjisi ixracını artırmağı planlaşdırırıq. Bunun səbəbi bazarda artan tələbat və təchizat coğrafiyamızın genişlənməsidir. Bir il əvvəl son görüşümüz zamanı Azərbaycan qazını alan ölkələrin sayı 12 idi. Cəmi bir il ərzində bu rəqəm 16-ya çatdı və onların hamısı qazı boru kəmərləri vasitəsilə alır. Bu baxımdan, boru kəmərləri ilə təbii qaz ixrac edən və bu qədər geniş coğrafiyanı əhatə edən ölkə kimi Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artır və artmaqda davam edəcək. Bu isə bir çox ölkənin enerji təhlükəsizliyi üçün mühüm amildir. Eyni zamanda, Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi də qlobal enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək”, - dövlət başçısı qeyd edib.

Ramiz Mikayıloğlu XIII Qlobal Bakı Forumu dünya region neft enerji təchizatçı

Xəbər Lenti