Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 10:32
Enerji təhlükəsizliyi hər zamankından daha çox ölkələrin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Bölüşə biləcəyimiz digər mühüm sahə isə enerji təhlükəsizliyidir. Hazırda müəyyən dərəcədə enerji bazarında tarazlıq pozulub. Neft və qaz qiymətlərinin görünməmiş səviyyədə artması istehlakçılar üçün ciddi problemlər yaradır. Bu, təkcə istehlakçılar üçün problem deyil. Bəziləri düşünə bilər ki, belə yüksək və balanssız qiymətlər neft və qaz istehsal edən və ixrac edən ölkələr üçün sərfəlidir. Lakin bu tam belə deyil. Çünki bir çox enerji ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən qiymətli kağızlara və fond bazarlarına investisiya yatırır. Fond bazarları çökdükdə isə bu ölkələr yüksək neft qiymətlərindən qazandıqlarından daha çox itki ilə üzləşə bilirlər. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü kimi balanslı və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıyıq. OPEC+ çərçivəsində ortaq mövqe tapmaq üçün göstərdiyimiz səylər və vasitəçilik rolumuz yüksək qiymətləndirilir. Bu gün enerji təhlükəsizliyi hər zamankından daha çox ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib”, - dövlət başçısı vurğulayıb.
Ramiz Mikayıloğlu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XIII Qlobal Bakı Forumu