Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 11:23
Qlobal Bakı Forumu Azərbaycanın açıq və konstruktiv dialoqa sadiqliyini bir daha təsdiqləyir.
APA xəbər verir ki, bunu Kosta-Rikanın Birinci vitse-prezidenti Fransisko Qamboa XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Kosta-Rika üçün Bakı Qlobal Forumunda iştirak etmək böyük şərəfdir. Prezident İlham Əliyevə bizi qəbul etdiyi üçün səmimi təşəkkürümü bildirirəm. Bu jest beynəlxalq sistemin mürəkkəb çağırışlarla üzləşdiyi bir dövrdə Azərbaycanın açıq və konstruktiv dialoqa sadiqliyini bir daha təsdiqləyir. Bu Forum strateji əhəmiyyətə malikdir”, - Kosta-Rikanın Birinci vitse-prezidenti Fransisko Qamboa vurğulayıb.
Fransisko Qamboa qeyd edib ki, dünya geosiyasi gərginliyin artdığı, iqtisadi qeyri-müəyyənliklərin müşahidə olunduğu və çoxtərəfli institutların legitimliyində böhran yaşanan bir dövrdən keçir: “Bu kontekstdə, Azərbaycan və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təqdim etdiyi platforma əvəzsizdir. Fərqli ideoloji, siyasi, iqtisadi və geostrateji perspektivləri təmsil edən iştirakçılar ümumi zəmin tapa, etimadı bərpa edə və qarşılıqlı faydalı həllər üzərində işləyə bilərlər. Kosta-Rika sülh, diplomatiya və beynəlxalq hüquqa hörmətin həmişə üstün gəlməli olduğuna dair qəti inamını yenidən təsdiqləyir”.
Ramiz Mikayıloğlu XIII Qlobal Bakı Forumu dünya region Kosta-Rika