Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 15:17
Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardımla yüklü təyyarə Lənkəran Beynəlxalq Hava Limanına eniş edib.
https://t.me/apa_az/115498
APA-nın cənub bürosunun xəbərinə görə, dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəranda İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənərək, Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə göndəriləcək.
Rusiyadan İrana 13 ton tibbi vasitənin göndərildiyi bildirilir.
İlkin Rzayev Rusiya İrana humanitar yardım təyyarə Lənkəran aeroportu





