Tobias Elvud: Üçüncü Dünya müharibəsi ehtimalı mövcuddur

Tarix: 13 Mar 2026 10:40

Dünya hazırda daha təhlükəli və narahatedici geosiyasi trayektoriya üzrə irəliləyir.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq parlament üzvü Tobias Elvud XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel müzakirəsində deyib.

O qeyd edib ki, Üçüncü Dünya müharibəsi ehtimalı mövcuddur:

“Elə bir müharibə gözlənilmir ki, İkinci Dünya müharibəsi kimi eyni formada baş versin. Lakin qlobal miqyaslı qarşıdurma ehtimalı var. Əgər biz bunun mümkün olduğunu qəbul etməsək, deməli reallığı inkar edirik və həmin istiqamətə doğru sürüklənirik”.

O eyni zamanda vurğulayıb ki, dünya hazırda yeni problemlərlə də üzləşir: “Enerji qiymətlərinin artması, iqtisadiyyatların enerji ilə təmin olunması, su resurslarının idarə olunması, eləcə də süni intellekt və kvant texnologiyaları kimi sahələrdə üstünlük uğrunda rəqabət dövlətlər arasında yeni qarşıdurma sahələri yaradır. Bu sahələr üzrə beynəlxalq səviyyədə aydın qaydalar və səmərəli əməkdaşlıq mexanizmləri hələ formalaşmayıb. Dünyanın aparıcı dövlətləri arasında yeni qlobal qaydalar barədə konsensusun olmaması əməkdaşlığın zəifləməsinə gətirib çıxarır və nəticədə qloballaşma prosesinin özü də parçalanma mərhələsinə daxil olur”.

Gülcahan İmanqızı Böyük Britaniya Bakı Qlobal Forumu Tobias Elvud

Xəbər Lenti