Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 15:06
XIII Qlobal Bakı Forumu beynəlxalq münasibətlər və regional əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır.
APA xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib.
Kamilov bildirib ki, regionda təşkil olunan beynəlxalq forumlar yalnız iqtisadi sahədə deyil, həm də mədəni, humanitar və təhlükəsizlik məsələlərində strateji əhəmiyyət daşıyır.
O vurğulayıb ki, forumun əsas mövzularından biri müasir beynəlxalq münasibətlərin inkişafıdır:
"Əvvəlcə bütün iştirakçılar forumda Azərbaycan Prezidentinin çıxışına diqqət yetirdik. O, təhlükəsizlik və sabitliyin beynəlxalq münasibətlərin inkişafında nə qədər vacib olduğunu çox aydın şəkildə göstərdi", - Kamilov qeyd edib.
Müşavir forumun regional və qlobal əməkdaşlıq üçün əhəmiyyətini belə izah edib:
"Məhz təhlükəsizlik və sabitlik şərtləri beynəlxalq əməkdaşlığın inkişafında vacib rol oynayır. Bu forum iştirakçılara birgə problemləri müzakirə etmək, yeni strategiyalar hazırlamaq və regional əməkdaşlığı gücləndirmək imkanı verir".
Kamilov həmçinin forumun mədəni və humanitar sahələrə təsirini vurğulayıb.
"Forum yalnız iqtisadi sahədə yeni tendensiyalara yol açmır, eyni zamanda mədəniyyət və humanitar əlaqələrin inkişafı üçün də böyük əhəmiyyət kəsb edir",- o qeyd edib
İlqar Xudiyev XIII Qlobal Bakı Forumu dünya region əməkdaşlıq təhlükəsizlik