Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 14:56
2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.
APA xəbər verir ki, bu, XİN-in “X” hesabında ötən gün Xocavənddə baş verən mina hadisəsi ilə bağlı paylaşımında qeyd olunub.
Bildirilib ki, Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıdışını təmin etmək üçün minatəmizləmə işlərinə sadiqdir və beynəlxalq tərəfdaşların səfərbər olunmuş səylərlə dəstək göstərməsini gözləyir.
“Minalar mülki insanların həyatı üçün ciddi təhlükə yaratmağa davam edir və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına, həmçinin davam edən yenidənqurma işlərinə mane olur”, - deyə əlavə olunub.
Qeyd edək ki, ötən gün işğalda azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində mina hadisəsi baş verib. Nəticədə 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.
Firuzə Vahid mina işğal həlak qurban XİN