Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 14 Mar 2026 10:33
Azərbaycan Xarici İşlər Nazirliyi Efiopiyaya başsağlığı verib. APA xəbər verir ki, bu barədə XİN-in sosial media hesablarında paylaşım edilib.
“Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində baş verən faciəvi insan itkisindən dərin kədər hissi keçiririk.
Yaxınlarını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq”, - başsağlığında deyilir.
Firuzə Vahid Azərbaycan XİN Efiopiya